Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“MHP artıq müxalifət partiyası sayıla bilməz” -Baxçelinin sabiq müavini

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirildi.

Yenixeber.org:   Məlum olduğu kimi, Milliyyətçi  Hərəkat  Partiyası (MHP) referendum məsələsində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyirdi.

 Belə şəraitdə MHP-ni müxalifət adlandırmaq olarmı?

 MHP başqanının keçmiş müavini, partiyanın İstanbul millət vəkili Atilla Kaya Modern.az-a açıqlamasında  MHP–ni müxalifət kimi qiymətləndirmədiyini bildirib.

 “AKP və MHP birlikdə hərəkət edirdilər. Buna görə də deyə bilərik ki, MHP fərqli zəmində ya da fərqli istiqamətlərdə müxalifət adlandırıla bilməz. Partiya AKP ilə birlikdə rejim dəyişikliyini gündəmə gətirdi və onu dəstəklədi. Sabah partiyamız AKP-ni tənqid etsə belə, müxalifət olması müzakirə obyekti olmamalıdır”.

 Qeyd edək ki, referendumun nəticəsinə görə, siyasi sistem dəyişikliyinə “hə” deyənlər 51.41 faiz, “yox” deyənlər isə 48.59 faizdir. Xatırladaq ki, Konstitusiya dəyişikliyinə görə, Türkiyədə prezidentin səlahiyyətləri artırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam