Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi -Elmar Hüseynovun qətli ilə bağlı

Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Yenixeber.org:   Bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, 23 işin arasında qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşının şikayəti üzrə qərar da var:

"Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Buna görə Elmar Hüseynovun həyat yoldaşına mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro kompensasiya ödəniləcək.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Ərizəçilərin soyadlarını keçən dəfə yazdığımdan indi qeyd etmirəm. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib".

Vəkilin sözlərinə görə, 23 iş üzrə kompensasiyaların cəmi 271 000 avro təşkil edir.(Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam