Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hesablama Palatası Əbülfəs Qarayevi də “vurdu”:Mədəniyyət və Turizm Nazirliyində maliyyə pozuntuları aşkarlandı

Hesablama Palatası Əbülfəs Qarayevi də “vurdu”:

 

Xeberinfo.com:  Hesablama Palatası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri barədə məlumat yayıb: mövcud  qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında  Hesabat müvafiq qaydada təsdiq  olunmuşdur.

 

Audit tədbiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilmiş və 305650,8 min manat məbləğində vəsaiti əhatə etmişdir.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən Nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmiş, bəzi xərc maddələri üzrə müvafiq hesablamalar aparılmamış, əvvəlki illərin icra göstəriciləri nəzərə alınmamış, nəticədə bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilərək xərc edilmiş, büdcədə bu məqsədə vəsait nəzərdə tutulmadığı halda müxtəlif qurumlara dövlət büdcəsindən maliyyə yardımları göstərilmişdir.

 

Müəyyən edilmişdir ki, Nazirliyin tabeliyində olan bəzi qurumlara  məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməmiş, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri maddi aktivlər uçota alınmamışdır.

 

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilmiş, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmiş, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmamış, filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli  sərəncamına əsasən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"ı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş bəzi tapşırıqlar auditlə əhatə olunan illərdə tam icra edilməmişdir.   

 

Auditlə müəyyən edilmişdir ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməmiş, yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilmiş, bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olmuşdur.

 

Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmamış, ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilmişdir.

 

Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinmiş, turizmin təbliği ilə əlaqədar Nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr edilmiş və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməmişdir.

 

“Turizm məqsədli coğrafi informasiya sistemləri və naviqasiya layihəsi” çərçivəsində elektron xəritənin daimi yenilənməsi, server və kompüter avadanlığına texniki dəstək göstərilməsi məqsədilə tərəflər arasında bağlanmış müqavilə şərtləri tam icra olunmamış, işin dəyərinin müəyyən edilməsi zamanı texniki xidmət göstəriləcək avadanlıqların və proqram təminatlarının siyahısı tərtib edilməmiş, tətbiqi proqramların açıqlanması, siyahısı və hər birinə görə görüləcək yenilənmə işlərinin adı qeyd edilməmişdir.

 

 

Müəyyən edilmişdir ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti, gəlirlər  və xərclər haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar dəqiq olmamış, xəzinə üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı maliyyə hesabatında  düzgün əks olunmamış, dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerinə yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu düzgün hesablarda aparılmamış, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının məbləği balans hesabatında əks olunmamışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam