Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Molla qəbiristanlığın divarını telefon nömrəsi ilə “bəzəyib” -Bakıda kreativ molla peyda olub (VİDEO)

Molla divarları yazır, özü də qəbristanlığın divarlarını. Gülməlidir, amma gerçəkdir. Hətta divara öz nömrəsini yazır.

Yenixeber.org:   Babək prospektindəki qəbristanlıqda bir molla addım başı divara öz telefon nömrəsini və molla sözünü yazıb. Molla öz nömrəsini divar boyu 15 yerə yazıb.

Babək prospektindəki qəbristanlğın divarı mollanın nömrərləri ilə doludur. Özü də divarın yola baxan hissəsində. Həm də kortəbii yazılış şəklində.

Molla hətta xristianların dəfn olunduğu əraziyə də nömrə yazmağı unutmayıb.

Bu kreativ mollanı tanımaq istədik. Yazdığı nömrəyə zəng etdik.

Bilmirik hardan, amma molla divarı yazdığına görə onu axtardığımızı artıq bilirdi: "Hə nömrəmi yazdiğima görə gəlmisiz? Əşi yazmışam ki, məni rahat tapsınlar. Ona görə məni çox tənbeh ediblər, amma yazmışam daa”.

Din xadimi, İmam Rza məscidinin axundu Hacı Mirhəmiddən mollanın bu hərəkətinə münasibət öyrəndik.

Din xadimi qəbristanlıq divarını yazmasını həm qanuni, həm də mənəvi tərəfdən belə qiymətləndirdi: "Qəbristanlıq hamımızın hörmət etməli olduğumuz yerdir. Çünki orda hamımızın yaxınları yatır. Digər tərəfdən, qanunla divarları korlamaq qadağandır. Hələ bunu molla edirsə, ümumiyyətlə olmaz. Bu həm də özünü reklam deməkdir. Reklam üçün də icazə almaq lazımdır. Heç kimin haqqı yoxdur ki, nömrəsini divarlara yazsın”.

Divar yazan molla yəqin ki, din xadiminin məsləhətlərindən yararlanar. (“Xəzər TV”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam