Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu- FOTO

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

 

 Türkiyənin Uşak Universitetində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

 

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirə Uşak Universitetinin rektoru, professor Sayın Dalkıran, rektorun köməkçisi, professor Saim Savaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar, azərbaycanlı və yerli tələbələr, diaspor təşkilatlarının nümayəndələri qatılıb.

Yubileyin əsas təşkilatçılarından olan Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, Molla Pənah Vaqif haqqında məlumat verib.

Sonra Sayın Dalkıran, Elçin Qafarlı, tədqiqatçı-yazçıçı Songül Dündar ,“Uniaktif” tələbə klubunun sədri Fərid Dəliqan, azərbaycanlı tələbələr Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Günel Məmmədova, Orxan Əkbərli çıxış ediblər. Çıxış edənlər Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dövlət xadimi kimi xidmətlərindən bəhs ediblər. 

Yubiley tədbiri çərçivəsində akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Sonra “Yeni Türkiyə” Klubunun sədri Bilal Türkcan və onun müavini Ömər Doğru Vaqifin şeirlərini səsləndirib, aşıq Səlahəddin Dündar isə şairin şeirlərini sazla ifa edib.

Sonda qonaqlara hədiyyələr və Molla Pənah Vaqif haqqında kitablar təqdim edilib. 

 

A.S.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam