Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Yeni terror tendensiyası –qarşısını necə almalı?

Yeni terrorçunun siması: tək və təhlükəli

Yenixeber.org:  “The İndependent” qəzetində London terror hücumunun ardınca tanınmış jurnalist Sean O’Grady yazır ki, Britaniya paytaxtında törədilmiş bu son hadisə terrorun yeni simasını nümayiş etdirib.

Məqalədə deyilir ki, terrorun yeni növü daha az mükəmməl olsa da, onun da qurbanları hədəfləməsi kortəbiidir.

Başqa sözlərlə fərdlər səviyyəsində törədilən bu terror üçün də qurbanların kimliyi qətiyyən rol oynamır.

Fransanın Nitsa şəhərində və daha sonra Milad ərəfəsində Berlində törədilmiş hücum göstərdi ki, yeni terror üçün adi yük maşını da silah rolunu oynaya bilir.

“İbrət dərsi göz önündədir: maşını olan hər bir kəs ondan terror aktı törətmək üçün istifadə edə bilər və belə terrorun qarşısını almaq, demək olar, mümkün deyil” – yazır jurnalist.

Məqalədə deyilir ki, martın 22-də baş vermiş hücumdan sonra Westminster sarayında və hökumət binaları yerləşən Whitehall-da yeni, daha sərt təhlükəsizlik tədbirləri görmək, məsələn qorunan ərazinin perimetrlərini genişləndirmək mümkündür.

Parlament meydanı, Westminster körpüsündəki təhlükəsizlik rejimini də dəyişmək olar. Amma bütün bunların praktik faydası bir elə də böyük olmayacaq.

Sean O’Grady yazır ki, çox güman bu hücumun ardınca təhlükəsizik qüvvələrinin maliyyələşdirilməsi də gücləndiriləcək. Lakin bütün bunlar ictimaiyyətin təhlükəsizliyi üçün tam qarantiya ola biləcəkmi?

Axı yeni terror əsrində bu əməli törətməyə qabil olanların artıq əl-Qaeda və İŞİD kimi təşkilatlardan birbaşa verilən komanda və təlimatlara ehtiyacı qalmır.

Müəllifin fikrincə, ayrı-ayrı fərdlər tərəfindən törədilən belə aktlar barədə əvvəlcədən kəşfiyyat məlumatı əldə etmək də çətindir.

Müasir terrorçuların adamları öldürmək və yaralamaq üçün mükəmməl planlara və ya bahalı, mürəkkəb cihazlara da ehtiyacı yoxdur.

Həqiqət isə bundan ibarətdir ki, nə qədər təhlükəsizlik tədbirləri görülsə də, əvvəl-axır belə terrorçulardan birinin “bəxti gətirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam