Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya sovet ampluasında -Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

 

Qərb mətbuatı Bolqarıstanın artıq Moskvanın caynağında olduğunu bildirir

Yenixeber.org:    Rusiya Bolqarıstanda öz üstünlüyünü artıq təmin edib.

Xarici mediaya istinadən xəbərə görə, Qərb analitikləri rəsmi Sofiyanın artıq Moskvanın təsirində olduğunu və onun siyasətinə boyun əydiyini yazır.
“Kreml Sofiyanın Rusiya qazından asılılığını güclənməsi üçün təzyiqini hər keçən gün artırır”- “Le Figaro” qəzetinin jurnalisti Tyerri Port yazır: “Bolqarıstanın Rusiyadakı keçmiş səfiri İliyan Vasilev gələcək Bolqar hökumətinin daha çox Rusiyapərəst olacağına şübhə etmədiyini bildirir. Bu gün bir çox bolqar mütəxəssisi Kremlin ölkə üçün iqtisadi, mədəni, ən əsası da siyasi vacibliyini vurğulayır və onun Avropa Birliyinin digər xalqlarından daha üstün mövqedə olduğunu qəbul edir”.

“Vasilevin fikrincə, Bolqarıstanda keçirilən və Rusiyapərəst namizədin qalib gəldiyi prezident seçkiləri Rusiya üçün sadəcə nahardan sonrakı desert təsirini bağışladı. Keçmiş diplomat Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı və Kremlin Bolqarıstandakı siyasətinə rəhbərlik edən Leonid Reşetnikovun 2016-cı il ərzində Bolqarıstandakı seçkilərin nəticələrini Rusiyanın xeyrinə dəyişdirməkdən ötrü dəfələrlə Sofiyaya gəldiyini söyləyir” - məqalədə qeyd olunub.

leonid reshetnokov.jpg (40 KB)

Məsələ burasındadır ki, hakim, Avropa yönümlü GERB partiyası martın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Bolqarıstanın keçmiş prezidenti, Rusiyanın aqressiv siyasətinə qarşı sinə gərən Rosen Plevneliyevi namizəd kimi irəli sürmək əvəzinə, daha az xarizmaya malik siyasətçiyə üstünlük verib.

rosen plevneliyev.jpg (27 KB)

Rusiyapərəst Bolqarıstan Sosialist Partiyası isə Korneliya Ninovanın simasında güclü liderə malikdir. Bu xanım Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu gizlətmir.

korneliya ninova.jpg (185 KB)

Bolqarıstanın yeni prezidenti Roman Radev isə Krımı artıq Rusiya torpağı kimi qəbul etdiyin söyləyir.

roman radev.jpg (19 KB)

Qəzet Rusiyanın güclənməsində əsas faktorun iqtisadi olduğunu düşünür.

“Strateji və Beynəlxalq araşdırmalar Mərkəzinin (CSİS) verdiyi məlumata görə, Bolqarıstan ÜDM-nin dörddə bir hissəsi Rusiyanın əlindədir. Bu araşdırma Sofiyada yerləşən Demokratiyanın öyrənilməsi mərkəzində Ruslan Stefanovun rəhbərliyi altında fəaliyyət göstərən alimlər qrupunun tədqiqatlarına əsaslanır.

“Ruslarla hansısa layihəyə girdinsə oradan çıxa bilməzsən”, deyə bildirən Stefanov isə Bolqarıstanda dövr edən hər beş avrodan birinə Rusiya tərəfindən nəzarət olunduğunu söyləyir. Rusiyanın “Lukoyl” şirkəti Bolqarıstanda fəaliyyət göstərən ən böyük iqtisadi qurumdur. Qazprom isə Bolqarıstanın yeganə qaz tədarükçüsüdür. Ölkə Qazproma məxsus yeganə boru ilə ilə qazla təchiz olunur” - məqalədə xəbər verilir.

“Burada heç bir ciddi namizəd Kremlin siyasətini tənqid etməyə ürək etmir. Rusiya vaxtilə Bolqarıstanı XIX əsrdə müstəqilli bəxş edib və XX əsrin ortalarında yenidən buranı işğal edib. Deəyəsən bolqarlar psixoloji cəhətdən ölkənin NATO və AB üzvü kimi yeni tarixinə deyil, köhnə xatirələriə daha çox bağlanıblar” söyləyən Tyerri Port fikrini yekunlaşdırıb.

“Bolqarıstanın taleyi həmişə iki qonşusu ilə sıx bağlı olub. Bu isə bolqarların hadisələri qəbul etmə tərzinə həmişə təsir göstərib. Dövlət olaraq Qərbə meyllənməsinə rəğmən bolqar xalqı ruslara daima pozitiv, türklərə isə inamsız, ən yaxşı halda isə praqmatik nöqteyi-nəzərdən yanaşıb”. Bunu isə İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin yazarı İvo Miynsen yazır.

Müəllif Türkiyənin Bolqarıstandakı siyasi proseslərə təsirinə qarşı bəzi qüvvələrin hərəkət keçdiyini qeyd edir: “Türkiyə hökumətinin Bolqarıstanda türk azlığı təmsil edən DOST partiyasına dəstək verməsinə dövlət səviyyəsində ciddi təpki göstərilir.

unnamed.jpg (38 KB)

Türkiyədən gələn “bolqar türkləri”nin (Sovet dövründə Bolqarıstan Türkiyəyə köç etmiş vətəndaşlar-red) seçkilərdə iştirakı burada birmənalı qarşlanmır. Onların qarşısını almaq üçün Bolqarıstanın millətçi “Birləşmiş vətəndaşlar” adlı təşkilatı bu həftənin 2-ci günü Türkiyə ilə bütün sərhəd keçidlərini bağlamışdı”.
Məqalədə burada Rusiyanın əli olduğuna işarə vurulur:

“Türkiyənin Bolqarıstana siyasi və hər şeydən öncə iqtisadi cəhətdən təsiri Rusiyanın malik olduğu nüfuz yanında sönük qalır. Rusiya firmaları ölkə iqtisadiyyatının dördə birinə nəzarət edir. Bolqarıstan tam olaraq Rusiya nefti və qazından asılıdır. Rusiyalılar ölkə banklarına, telekommunikasiya şirkətlərinə, hətta daşınmaz əmlak biznesinə nəzarət edirlər. Rusiya oliqarxlarının kütləvi informasiya vasitələri üzərində təsiri olduqca böyükdür”.

Sonda müəllif həm Avropa Birliyini, həm də ABŞ-ı bölgə üçün olduqca strateji önəmə sahib bu ölkədə Rusiyaya qarşı əks tədbirlər həyata keçirməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam