Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Müsəlmanlar Avropadan qovulacaq – ŞOK PROQNOZ

İyulun 14-də Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çox yaralı var.

Xeberinfo.com:  Bu hücumun Fransada müstəqillik günü kimi qeyd olunan Bastiliyanın alınmasının ildönümünə təsadüf etməsi, hədəfin məhz bayram izdihamının olması suallar yaradır.

 

Digər tərəfdən, terror hücumunun Tunis əsilli müsəlman Məhəmməd Buhlel olması, terrordan sonra prezident Fransua Olland “İslam radikalizminin təzyiqi altındayıq” deyə açıqlama verməsi diqqət çəkdi.



Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, bundan sonra müsəlmanların Avropadan qovulması prosesi başlana bilər.

 

“Bu gün Yaxın Şərqdə Fransanın da aktiv rol alması onu terrorun hədəfinə çevirə bilər. Lakin Fransanın hədəfə alınması bu hücumun yalnız fransızları hədəfə alması demək deyil. Bu, bütün Avropaya verilmiş mesajdır”, - politoloq deyib.


N. Miri qeyd edir ki, terrorun arxasındakı məqsədlərdən biri Avropanın miqrant problemindən canını qurtarmaq istəyidir: “Gözləniləndir ki, Fransa bu terrordan sonra müsəlmanların girişinə qadağa qoysun, ardınca da bütün Avropa sərhədlərini miqrantların üzünə bağlasın. Beləliklə, bütün müsəlmanları Avropadan qovacaqlar. Bu çox təhlükəli tendensiya olar”.



Politoloq əlavə edib ki, terror hücumlarının bundan sonra digər Avropa ölkələrində olması da gözləniləndir.
 


Politoloq Zərdüşt Əlizadə də Publika.az-a açıqlamasında deyib ki, Fransadakı terrorun izlərini Yaxın Şərq hadisələrində axtarılmasının tərəfdarıdır.

 
Onun sözlərinə görə, Qərb Yaxın Şərqi cəhənnəmə çevirir və qarşılığında özü də bəhrəsini görür: “Bunu bumeranq effekti də adlandıra bilərik. Bütün terror təşkilatlarını - “Əl-Qaidə”ni, “Taliban”ı, indi də İŞİD-i Qərb yaradıb. İndi də başlayıblar onlarla mübarizə aparmağa. Əgər Qərb bu cür hücumlara məruz qalmaq istəmirsə, deməli özü hücumlardan əl çəkməli, terroru dəstəkləməməlidir”.

 

Politoloqun fikrincə, Nitsa terrorunun arxasında xüsusi siyasi məqsədlər görünmür: “Bu, sadəcə olaraq Qərbin etdiklərinin öz qarşısına çıxmasıdır”.

 

O, hesab edir ki, Qərb bu siyasətindən əl çəkməyincə terror davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam