Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Artur Rasizadə Cahangir Hacıyevi “vurdu”:"Cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı"

 

“Azərbaycan öz müstəqiliyyinin 25 illiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünya ölkələri içərisində özünə layiqli yer tutdu”. 

Yenixeber.org:   Bunu Baş nazir Artur Rasizadə Milli Məclisdə hökumətin 2016-cı il fəaliyətinə dair hesabatını təqdim edərkən deyib. 

“Ölkədə istehsal edilən Ümumi Daxili Məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsasə kapitala qoyulan investisiyalar 3 dəfə, qeyri-neft məhsullarının ixracı 3 dəfə , əhalinin nominal gəlirləri 8 dəfə, orta əmək haqqı 6.4 dəfə artıb”-deyə Artur Rasizadə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu günə qədər olan göstəriciləri müqayisə edib. 

Baş nazir bildirib ki, 250 mindən artıq qaçqın və məcburi köçkünün sosail problemlərinin həllinə 5.2 milyard manat həcmində vəsait xərclənib. 
“1 milyon 677 min yeni iş yerləri yaradılıb. 10 min kmdən çox avtomobil yolları salınıb”-deyə qeyd edib. 

Artur Rasizadə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin fəaliyyətini də tənqid edib: 

“2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünyada gedən mənfi iqtisadi proseslərdən dolayı tədiyyə balansında kəsir yaranmışdı. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin əhəmiyyətli maliyyə qurumu Beynəlxalq Bankın keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı. Vəziyyət nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyini gücləndirmək, makroiqtisadi dayanıqlılığın saxlanılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaratdı. Mövcud problemlər araşdırılaraq, tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlandı”-deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam