Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təhsil adı ilə “yeyilən” milyonlar: Sabirabadda

Təhsil adı ilə “yeyilən” milyonlar: Sabirabadda

 

Xeberinfo.com:Redaksiyamızın elektron poçtuna Sabirabad rayonu Cavad kənd sakini Sarıyev Qurban Qudrətəli oğlu və onun oğlu 6 cı sinif şagirdi Sarıyev Qudrətəli Qurban oğlunun bir neçə dovlət instansiyalarına ünvanlandığı müraciətin surəti daxil olub. Müraciərdə təhsil adı ilə dövlət vəsaitinin mənimsənilməsindən və digər qanunazidd əməllərdən bəhs olunur. İctimai əhəmiyyətini nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

 

Mən, Sarıyev Qurban Qudrətəli oğlu, 1970 ci ilin 20 yanvarında Sabirabad rayonunun Cavad kəndində anadan olmuşam. 1991 ci ildən Sabirabad rayon təhsil şöbəsində kiçik muhasib kimi əmək fəaliyyətimə başlamışam.İşlədiyim 25 il müddətində rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və digər formada cəza tədbiri almamışam.
Məlumat üçün qeyd edirəm ki, 2016 cı ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla 12 saylı ərazi regional maliyyə-hesablama mərkəzi yaradıldı. Həmin mərkəzə 65 yaşlı texnikum təhsilli, 2002 ci ildə Rusiyanın cənub ali humanitar institunun BHC691766 nömrəli saxta diplomunu əldə etmiş, Sabirabad rayonunda sırf müxalifətçi kimi tanınan Elxan Əsədov təyin edilmişdir. E.Əsədovun 2002 ci ildə işlədiyi rayon mədəniyyət şöbəsinin baş mühasibliyi vəzifəsi dövlət qullugu təsnifatına daxil olduğu üçün o həmin saxta diplomu əldə edərək 2002 ci ildən 2016 cı ilədək dövlətə xayanət edərək maliyyə fırıldaqlarına getmiş, dövlət qulluğu ilə külli miqdarda vəsaiti mənimsəmişdir. E.Əsədov pensiyaya çıxarkən dövlət sosial müdafiə fondunun rayon şöbəsini aldadaraq dövlət qulluğuna aid edilən pensiya almağa da müvəffəq olmuşdur. Onun tutduğu hazırki vəzifəsi dövlət qulluğu təsnifatına daxil olmadığı halda Elxan Əsədov 2016 cı ilin yanvar ayında ona saxta diplomla əlaqədər hesablanmalı olmayan əmək haqqını birdəfəlik 6 misli miqdarında müavinəti dövləti aldadaraq almışdır.

O regional idarəyə rəis təyin edildikdən sonra idarənin aparıcı məsləhətçiləri Qasım Məmmədov və Nüsrət Abuşovla əlbir olaraq mənə və bir sıra məktəblərin texniki işçilərinə qarşı yolverilməz formada təzyiq və təhqirlərə keçmişdir. Onlar hansısa səbəbə görə hətda bir gün işə çıxmadığı halda işdən uzaqlaşdırılmış və ya bir aylıq əmək haqqı saxlanılmışdır. Bununla da sıravi işciləri dövlətdən narazı salmışlar. Muhasibatlıqda 17 nəfər təcrübəli mühasibin işləməsinə baxmayaraq Elxan Əsədov Qasım Məmmədovun oğlunu 1 gün də olsun mühasibatlıqda işləmədiyi halda regional mühasibatlığa böyük mühasib vəzifəsinə təyin etmişdir.

Onu da qeyd edim ki, əmək fəaliyyətimə başladığım vaxtdan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində hakim partiyanın müşahidəçisi olmuşam.Böyük qardaşım Sarıyev Hüseynağa 65 saylı seçki dairəsinin Cavad kəndi üzrə 1 saylı seçki məntəqəsinin üzvüdür. O biri qardaşım Sarıyev Fikrət Cavad kənd 2 saylı seçki məntəqəsinin üzvüdür. Biz ailə üzvülərimizlə birgə dövlətə etibarla və sədaqətlə xidmət edən əməkçi insanlarıq. Elxan Əsədov isə bütün dövrlərdə müxalifətçi kimi kimi rayonda hamıın tanıdığı bir insan olmuşdur. Onun yeznəsi Ağayev Azər Mirələm oğlu və qohumları bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimlinin Milli Şuranın Pənah Hüseynin müşahidəçisi kimi iştirak edərək onları azgınlıqla müdafiə etmiş, iqtidar nümayəndələrinə həmişə başağrısı olmuşlar.E.Əsədov öz müxalifətçiliyini gizlətmək üçün 2016 cı ilin may ayında YAP sıralarına keçmişdir. 

E.Əsədovun məni 25 iyun 2016 cı il tarixdən heç bir səbəb olmadan işdən uzaqlaşdırılmağımın səbəbi aparıcı məsləhətçilər Qasım Məmmədov və Nüsrət Abuşovun birlikdə həyata keçirdikləri maliyyə maxinasiyalarından mənim duyuq düşməyim olub.

 


Onlar heç bir tender keçirilmədən və qaimə-faktura olmadan bazar məzənnəlirindən baha qiymətə hər məktəbə 2-3 paçka olmaqla A-4 format kağızı, bir paçkası -13 man.50 qəpik, diyircəkli qələm, 6-7 ədəd, olmaqla qiyməti 1 man 20 qəpik, elektirik lampası 3-4 ədəd qiyməti 2 man 20 qəpik, həyət süpürgəsi 2-3 ədəd qiyməti 6 man 40 qəpik, qovluq 3-4 ədəd qiyməti 2 man 20 qəpik və s vermişlər. Bununla da həmin cinayətkar dəsdə dövlətin 100 min manatlarla pulunu mənimsəmişlər. Məktəb direktorları və müəllimləri könüllü olaraq müxtəlif qəzet və jurnallara abunə yazıldığı halda Elxan Əsədov bundan istifadə edərək Azərmətbuatyayıma, Suqovşan qəzeti redaksiyasına və Bakı şəhəri Təhsil jurnalı redaksiyasına yığılan nəğd pullara şərik çıxaraq ümumilikdə 17 min 400 manat pulu köçürmə yolu ilə qanunsuz olaraq həmin müəssisələrin hesabına köçürmüşdür.

Bunu da qeyd etməliyəm ki, E.Əsədov öz qızını Təhsil Nazirliyinin heç bir razılığı və göstərişi olmadan rayonun ən böyük məktəbi olan N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinə direktor təyin etdirmişdir. Onun qızı Könül Əsədova həmin məktəbdə cəmi altı ay 0,5 ştat həcmində direktor müavini vəzifəsində işləmişdir. O, Təhsil Nazirliyinin keçirdiyi direktorlar üçün imtahanda ən zəif nəticə göstərmişdir. E.Əsədov öz qızına doqquz ay ərzində qeyri qanuni olaraq, direktora aid olan əmək haqqı ödəmişdir. 

Mən bütün bunlar haqda 11 iyun 2016-cı il tarixdə öz pozulmuş hüquqlarımın müdafiəsi üçün Azərbaycan Respublikası Prezidentinə, Maliyyə Nazirinə, Prezident Administrasiyasına, Respublika Baş Prokuroruna, Korrupsiya İdarəsinə, Təhsil Nazirinə, Respublika Milli Məclisinə, Hesablama Palatasına, Respublika İnsan Hüquqları üzrə Müvəkkilə müraciət etmişəm. Bundan sonra mənə həmin şəxslər tərəfindən böyük təzyiqlər edilməyə başlandı. Məcbur olub yazdıqlarımı təkzib etdim və yaxın vaxtlarda məni işlə təmin edəcəklərinə öz yaxınlarım qarşısında söz verdilər. Həyacanlı vəziyyətdə olduğumdan istifadə edib mənə bir sənədə qol çəkdirdilər. Sonradan başa düşdüm ki həmin sənədin başlıqında boş yerə işdən çıxmaq barədə ərizə formasına salıblar. Artıq dörd aydır ki, işsizəm. Bu vaxt ərzində mənim son hesab və müavinətim ödənilməmişdir. Ailədə yeddi nəfərik. Təkcə mən evin təminatı ilə məşğulam. Oğlum Sarıyev Qüdrətəli 1 sentyabr 2016-cı il tarixdən aidiyyatı orqanlardan atasının hüquqları təmin edilmədiyi halda, yuxarıda qeyd etdiyimiz cinayətkar dəstə ifşa olunmadığı halda maddi vəziyyəti nəzərə alaraq, bizim Rusiya Respublikasına və Gürcüstana getməyimiz üçün köməklik göstərilməsini xahiş etmişdir. Bütün qeyd olunanları nəzərə alaraq, mənim pozulmuş hüquqlarımın bərpasında köməklik göstərməyinizi xahiş edirəm”.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam