Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nazim İsmayılov Mikayıl Cabbarovu necə aldadıb?

 

Xeberinfo.com:   Arenatv.az-ın redaksiyasına Tahir Ağayev tərəfindən şikayət ərizəsi daxil olub.Tahir Ağayev şikayətində bildirir ki, Elxan Əsədovun qızı Könül xanımın həyat yoldaşı Azər Ağayev hakimiyyətin əleyhinə etiraz edənlərin sırasında öncüllük təşkil edir. Həmçinin məktubda "Könül xanım qarşısına çıxan hərkəsə deyir ki, atam icra başcısına 30 min manat pul verib" qeyd olunur.

Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Hələ bir müddət əvvəl kimya üzrə dərslik kitablarında aşkarlanan və bir neçə elm adamı tərəfindən təhlil edilərək ciddi nöqsanların ictimailəşməsinin şahidi olduq. Bu gün isə məhz təhsil naziri Mikayıl Cabbarov tərəfindən yaradılan Regional Maliyyə Hesablama Mərkəzləri barədə söhbət açacam. Bu qurumun yaradılması bölgələrdə təhsil şöbəsi müdirlərinin tək, yaxud icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri ilə əlbir olub maliyyə fırlıdaqları etmələrinin qarşısını almaq məqsədilə yaradıldı. Ancaq bunun da bir faydasının olmadığının şahidi olduq. Bu gün sizlərə məlumat verəcəyim məsələ bilavasitə olaraq ciddi qanun pozuntusu, korrupsiya və milli dövlətçilik əleyhinə olan bir hərəkətlərdən bəhs edir. Belə ki, daha çox eyş-işrətlərə meyl edən, ictimaiyyət arasında mənfi reputasiyaya malik olan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun dəstəyi ilə 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin direktoru vəzifəsinə Sabirabad rayonunda anti-Əliyevçi kimi tanınan bir ailənin başçısı-Elxan Əsədov təyin olundu. 65 yaşına çox az müddət qalan, ömrünün 60 ilini natamam ali təhsili ilə bir çox kiçik vəzifələrdə işləmiş, bəzi nadürüst hərəkətlərinə görə də iş yerlərini dəyişmək, bəzi hallarda isə qovulmaq məcburiyyətləri ilə üzləşən, 60 yaşında yeri və mənşəyi bilinməyən, qanuniliyi ciddi şübhə altında olan RF-dəki institutların birindən qaranlıq yollarla aldığı “diplom”la, o diplom ki, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən, bizim də digər dövlətlər kimi üzvü olduğumuz Beynəlxalq Haaqa Konvensiyasına əsasən APOSTİL möhürü vurulmadığı halda, guya ali təhsil dərəcəsi ilə təhsil naziri Mikayıl Cabbarova kələk gəlinməklə bu vəzfəyə təyin olunur. Tək bu hal istintaq orqanlarının məsələ ilə bağlı cinayət işi qaldırmaları üçün yetərli faktdır. Digər bir məqam, qızı Könül xanımın nevroloji xəstəlikdən əziyyət çəkdiyi halda Sabirabad rayonunun ən böyük məktəbi olan Nizami Gəncəvi adına 5 № li tam orta məktəbinə direktor təyin edilməsidir. 34 yaşlı bu xanımın 5 aylıq direktorlugu dövründə məktəb bərbad vəziyyətə dü.Sentyabrın 15 ində məktəbdə bilik günü belə qeyd olunmuyub.Özbaşnalıq diz boyudur.Könül xanım qarşısına çıxan hərkəsə deyir ki atam icra başcısına 30 min manat pul verib.Məni bura təyin etdirib.Başcı mənə dedi ki o məktəb sənindir.

 

Məlumat üçün diqqətinizə çatdırım ki, Elxan Əsədovun qızı Könül xanımın həyat yoldaşı Ağayev Azər Mirələm oğlu rayonda radikal müxalifətçi olaraq Pənah Hüseynin tərəfdarı kimi tanınır. Belə ki, Azər Ağayev bütün seçkilərdə Müsavat Partiyası tərəfindən müşahidəçi qismində iştirak edərək, seçkilərin qeyri-demokratik keçirilməsi ilə bağlı bir neçə dəfə açıqlamalar verərək hakimiyyətin əleyhinə gileylənənlərin, etiraz edənlərin sırasında öncüllük təşkil edib. Belə bir şəxsin qayınatası 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinə direktor, həyat yoldaşı isə Sabirabad rayonunda orta məktəb direktoru təyin edilibdir. Bütün bu olanlardan isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tam məlumatlı olaraq edib, ancaq təhsil naziri Mikayıl Cabbarova kələk gəlmələri ilə baş tutub Həqiqətlər sözügedən nazirdən gizlədilibdir”.(Arenatv.az) 

 

Redaksiyadan: Yazıda adları çəkilən tərəfləri dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam