Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Avropa İttifaqının Ankaraya təzyiq etmək cəhdləri mənasızdır”

“Ankaraya qarşı uzun müddətdir ki, ikili standartlar siyasəti aparılır”

Xeberinfo.com:  “Anadolu”nun verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair qərarını şərh edərkən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Aİ, ilk növbədə, öz mövqeyini və siyasətini yenidən nəzərdən keçirməlidir. Bu cür üsullarla Türkiyəyə təzyiq etmək cəhdləri mənasızdır... Türkiyə Aİ qurumlarının obyektiv tənqidini və istənilən konstruktiv qərarını qəbul etməyə hazır olduğunu həmişə bəyan edib. Lakin qərəzliliyə yol verildikdə, Ankara buna qarşı çıxış edir. Bizim üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, qərəzli və subyektiv addımlar Avropa Parlamentinin və, ümumilikdə, Aİ-nin imicinə ziyan vurur: “Ankaraya qarşı uzun müddətdir ki, ikili standartlar siyasəti aparılır”.

Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.

Prezident Rəcəb Tayyip Ərdoğan sözügedən qərarın Türkiyə üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam