Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Ədliyyə Nazirliyi bəyanat yaydı –Trampın müsəlmanlara qarşı qərarı ilə bağlı

ABŞ Ədliyyə Nazirliyi Trampın miqrasiya fərmanına dəstək verib. Və Apellyasiya Məhkəməsini sənədin qüvvəyə minməsi barədə qərar verməyə çağırıb.

Xeberinfo.com:  Nazirlikdən onu da bildiriblər ki, dairə məhkəməsi fərmanın icrasına qadağa qoymaqla səhvə yol verib.

«Prezident ölkənin təhlükəsizliyi ilə bağlı qərar qəbul edə bilər. Bu qərarı müsəlmanlara qadağa kimi qiymətləndirmək yanlışdır. Fərmanın şamil olunduğu 7 ölkə onlardan gələ biləcək terror təhlükəsinə görə seçilib. Fərman dinə qarşı münasibətdə neytral mövqe tutub», – deyə Ədliyyə Nazirliyindən yayılan bəyanatda bildirilir.

Xatırladaq ki, fevralın 3-də Sietl şəhərinin federal hakimi bütün ABŞ ərazisində prezident Trampın növbəti 90 gün ərzində yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) olan bütün immiqrantların və qonaqların ABŞ-a gəlməsinin müvəqqəti qadağan edilməsi barədə fərmanının qüvvəsini müvəqqəti dayandırıb.
Həmin qərara əsasən, yuxarıda adları çəkilən yeddi müsəlman ölkəsindən olanlara əvvəlcə verilmiş, lakin Trampın məlum fərmanından sonra ləğv edilmiş vizalar bərpa olunmalıdır.
Tramp administrasiyası hakimin qərarından apellyasiya şikayəti verib.
Apellyasiya Məhkəməsinin qərarı sabah elan olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam