Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran ABŞ-a nota verdi:ETİRAZ

iran-_flag_tehran_030415

Etiraz notası ABŞ prezidentinin immiqrasiya fərmanı ilə bağlıdır

Xeberinfo.com:   ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Culio Haas İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

 “Frans Press”ə istinadən xəbərə görə, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Qasimi məlumat verib.

Diplomatın sözlərinə görə, Culio Haasa ABŞ prezidenti Donald Trampın bu yaxınlarda iranlıların Birləşmiş Ştatlara girişinə müvəqqəti qadağanın qoyulmasını nəzərdə tutan fərmanı ilə əlaqədar etiraz məktubu təqdim olunub.

İranlı diplomat İsveçrə səfirinə bu fərmanın əsassız və yolverilməz olduğunu, eyni zamanda ayrı-seçkilik xarakteri daşıdığını bildirib.

Səfir etiraz məktubunu tezliklə ABŞ Dövlət Departamentinə çatdıracağını deyib.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam