Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi

 

 

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçiriliən "Unudulmayanlar" adlı möhtəşəm layihənin növbəti tədbiri xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına  həsr olunub

 

Yenixeber.org: Xalq artisti, opera müğənnisi, muğamlarımızın, xalq mahnılarımızın, təsniflərimizin mahir ifaçısı olan Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr edilən tədbirin aparıcısı  Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı müğənninin Azərbaycan mədəniyyəti tarixindəki xıdmətlərindən söhbət açdı.

Xalq artistləri Arif Babayev və Canəli Əkbərov Həqiqət Rzayevanın teatrdakı, kinodramaturq, Xalq artisti Oktay Mirqasımov isə kino fəaliyyətindən danışıb.

Həqiqət Rzayevanın oynadığı  tamaşalardan və kinolardan ibarət video çarx nümayiş olunub.

Gecənin konsert proqramı Həqiqət Rzayevanın repertuarına uyğun tərtib edilmişdi. Əməkdar artistlər Anar Şuşalı, Sevinc Sarıyeva, Səbuhi İbayev, Nuriyyə Hüseynova, Gülnaz İsmayilova, ifaçılar Rəvanə Qurbanova, Anar Quliyev, Atabəy İsmayılov, Cavid Əzizov, Ümidə Abbasova, Fatimə Əliyeva musiqi nömrələri ilə çıxış ediblər.

Gecədə ifaçıları tarzən Altay Niftəliyevin rəhbərliyi ilə  Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib: Araz Ağaverdiyev(kamançada), Kamran Novruzov (bəm tarda), Süleyman Əliyev (nağarada), Vəfadar Ramizzadə (balabanda).

Sonda Həqiqət Rzayevanın nəvəsi, Həqiqət xanımın oğlu, bəstəkar Azər Rzayevin qızı-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafova çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliğinə, milli musiqi mədəniyyətində görkəmli yerləri olan, muğam və klassik sənətkarlarımızın xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi qayğı və diqqətə görə təşəkkürünü bildirdi. 

Ülviyyə Manafova tədbirin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə,  həmçinin informasiya dəstəyinə görə "Mədəniyyət" kanalına Həqiqət Rzayevanın ailəsi adından minnətdarlığını bildirdi.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində aşıq ifaçılığı məktəbinin görkəmli  nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam