Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Arif Hacılıya qarşı fraksiya yaradılır


Müsavatın narazıları da mitinqə gedəcək 

     "Xeberinfo.com": Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupu dekabrın 14-nə təyin edilən mitinqlə bağlı qərar qəbul edib.

     Bu haqda AzNews.az-a Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

     Onun sözlərinə görə, mitinqlə bağlı qərar noyabırın 29-da keçirilən narazılardan ibarət İşçi Qrupunun iclasında qərar verilib: “İclasda partiyadaxili münasibətlər, İkram İsrafilin Divan bəyanatı və İşçi Qrupunun mitinqdə iştirak edib-etməmək məsələləri müzakirə olundu. Birmənalı şəkildə mitinqdə iştirakla bağlı qərar verildi”.

    E.Məmmədli onu da vurğulayıb ki, narazıların fraksiya məsələsi hələ də İşçi Qrupunun gündəmindədir: “Qərar verildi ki, bununla bağlı müzakirələr aparılsın”.

     Müsavat partiyasının üzvü Tural Abbaslı isə AzNews.az-a açıqlamasında bildirib ki, İşçi Qrupu fraksiyanın ilkin sənədinin hazırlanması qərarını verib:“İclasda Müsavatın son Ümumrespublika müşavirəsi müzakirə olundu və dəyərləndirildi. Fraksiya quruculuğu üzrə geniş müzakirə aparıldı. Və qərara alındı ki, 3-cü gün keçiriləcək İşçi Qrupunun iclasına fraksiyanın ilkin sənədi hazırlansın və müzakirəyə çıxarılsın”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam