Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Kipr yaxınlığında -karbohidrogen axtarışlarını davam etdirir

Türkiyə Kipr yaxınlığında karbohidrogen axtarışlarını davam etdirir

Türkiyə hökuməti Kipr adası yaxınlığında karbohidrogen axtarışları üçün “Oruc Reis” seysmik tədqiqat gəmisinin göndərilməsinə dair Navtex (dənizçilərə bildiriş) elan edib.

Yenixeber.org: Ölkənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz gəminin Antalya limanından yola çıxaraq tədqiqatlar aparılacaq əraziyə çatdığını bildirib.

Beləliklə, şelf ölçmə və yataq kəşfiyyatı başda olmaqla hər cür geoloji, geofizik, hidroqrafik, okeanoqrafik tədqiqatlar apara bilən “Oruc reis” gəmisi “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə avqustun 23-dən Kipr adası yaxınlığında tədqiqat və kəşfiyyatla məşğul olacaq.

“Oruc Reis” gəmisinin 8 min metr dərinliyinədək 3 ölçülü, 15 min metr dərinliyinədək də 2 ölçülü seysmik əməliyyatlar aparmaq iqtidarında olduğu bildirilir.

Xatırladaq ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan “Barbaros Hayrettin” qazma gəmisilə Aralıq dənizdə kəşfiyyat qazma işlərinə başladıqlarını açıqlamışdı.

“Oruc Reis” gəmisinin 21 iyul – 2 avqust tarixləri arasında Yunanıstana aid Rodos, Kastelorizo, Krit adaları yaxınlığında seysmik tədqiqatlarını aparması iki ölkə arasında gərginliyə səbəb olmuş, Yunanıstan tərəfi Türkiyənin bu addımını qanunsuz olaraq dəyərləndirərək hərbi gəmilərini hazır vəziyyətə gətirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam