Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şahmar Mövsümov:"Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik"

Şahmar Mövsümov: Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik

"Bakıdan rayonlara çıxışın qadağan olunduğu vaxtlarda bir qrup insan qanunsuz yolla paytaxtı tərk etməyə nail oldu və onlar getdikləri yerlərdə yoluxma sayının artmasına səbəb oldu".

Yenixeber.org: Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Bu artıq sübut olunmuş faktdır ki, Bakı açılan kimi rayonlarda yoluxma artır. Odur ki, bir qədər səbr edək, yoluxmaların sayını idarə olunan həddə endirək, ən ideal halda bilək ki, yoluxan insan hardadır və kimdən yoluxub. Biz buna nail olsaq epidemiya nəzarət və idarə olunan formaya düşəcək. Bu istiqamətdə də iş gedir. Tədricən bütün Azərbaycan əvvəlcə "sarı zona"ya, sonra isə "qırmızı zona"ya keçəcək. Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik və bunu etsək əldə etdiyimiz nailiyyəti itirə bilərik. Bəzən deyirlər ki, rayona gedib evdə oturacağıq, axı bu mümkün deyil. Harasa getmək, nə isə almaq lazım olur, istənilən halda ünsiyyətdə olursunuz, bu da ruskləri artırır", - deyə o, qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam