Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yoluxma riski böyük olan ərazilər-AÇIQLANIB

 

 “Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür”.

Yenixeber.org: Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.

TƏBİB sədri vurğulayıb ki, insanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əlavə edib ki, elə bir region yoxdur ki, onu xüsusi qeyd edək: “Bakı bir az fərqlidir, çünki paytaxtda yaşayanların sayı çoxluq təşkil edir. Bəzən dezinformasiya yayılır ki, hansısa bölgədə yoluxma sayı çoxdur. Belə informasiyalara inanılmasın. Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam