Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır -AÇIQLAMA

 
İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,- deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.
Yenixeber.org: Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Bir daha xatırladır ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər", - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam