Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Bəhram Bağırzadə koronavirus xəstəsi olduğuna inanmaq istəmirdi”

 

  Bəhram Bağırzadə iyunun 10-da çəkilən kompüter tomoqrafiyasına qədər koronavirus xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi.
 Yenixeber.org: Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, deputat Rəşad Mahmudov deyib.

"Bəhram Bağırzadə yenidən şikayətlərinin, boğulma hissinin artması ilə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq zədənləndiyi məlum oldu. EKMO-ya bağlandı və EKMO-ya bağlandıqdan sonra, ayın 19-da ağciyərin, demək olar ki,100 faizədək hissəsinin zədələndiyi aşkar edildi", - deyən deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam