Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistan - koronavirusa görə dünyada 19-cu oldu

Ermənistan koronavirusa görə dünyada 19-cu oldu
Ermənistan hər milyon nəfərə düşən koronavirusa yoluxma sayına görə dünyada 19-cu yerdədir.
Yenixeber.org: Hazırda ölkədə koronavirusa yoluxanların sayı 14103 nəfər təşkil edir, bu da hər milyon nəfərə 4760 yoluxma deməkdir.

Xatırladaq ki, iyunun 8-də Ermənistan bu göstərici üzrə 20-ci, iyunun 5-də 22-ci, iyunun 3-də isə 28-ci yerdə olub.

2 gün əvvəl İsveç 19-cu yerdə idi, indi 20-yə düşüb.

Son məlumatlara görə, İsveçdə hər milyon nəfərə 4549 yoluxma qeydə alınıb. İrlandiya siyahıda (1 milyon nəfərə 5110 hal) 18-cidir.

İlk üç yeri Qətər, San-Marino və Vatikan tutur və müvafiq olaraq hər milyon insana 25600, 20279 və 14981 yoluxma hadisəsi düşür.

ABŞ hələ də dünyada virusa yoluxmuş insanların mütləq sayına görə liderlik edir. Bu ölkədə 2045715 nəfərə koronavirus diaqnozu qoyulub. Hər milyon nəfərə 6182 yoluxma aşkarlanıb. Bu göstəriciyə görə ABŞ hazırda dünyada 12-ci yerdədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam