Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyada--koronavirusa yoluxanların sayı 2,5 milyonu ötdü

 

Dünyada koronavirusdan 658 069 nəfər sağalıb, 171 504 nəfər isə virusdan ölüb.

Yenixeber.org: İndiyədək 2 500 448 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (792 938), İspaniya (204 178) və İtaliyada (181 228) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 90 980 nəfər yoluxub, 2 140 nəfər ölüb. İranda isə 84 802 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 297 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 436-dır. İndiyədək ölkəmizdə 19 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam