Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampın ittihamlarına cavab verildi-"Twitter"in rəhbəri tərəfindən

 

 "Twitter"in baş direktoru Cek Dorsi ABŞ Prezidenti Donald Trampın ittihamlarına cavab verib.
Yenixeber.org: Cek Dorsi etiraz aksiyaları ilə bağlı Prezidentin seçkiqabağı qərargahının yaydığı videonun bloklanmasının qanunsuz olmadığını bildirib.

"Bu, qeyri-qanuni deyil. Video müəllif hüquqlarının pozulması barədə şikayət aldığımız üçün silindi", - deyə Dorsi "Twitter" hesabında yazıb.

Qeyd edək ki, "Twitter" mikrobloqu ABŞ PrezidentDonald Trampın təşviqat qərargahının nümayişlərlə əlaqədar yaydığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb. Yayılan videoda polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz aksiyaları əks olunub.

Tramp isə öz növbəsində "Twitter”i radikal solçu demokratların tərəfini saxlamaqda ittiham edib və bloklanmanı qanunsuz adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam