Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır" - TRAMP

Donald Tramp ABŞ prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hokümətin bütün resurslarının səfərbərliyini elan edib.

Yenixeber.org: Bu barədə TASS xəbər verir.

"Linkolnun və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qaldı. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır”, - Tramp deyib.

“Günahsız insanların qətli insanlığa və Allaha qarşı cinayətdir", - dövlət başçısı əlavə edib.

"Bütün Amerika ağrını hiss edir və Corc Floydun amansız ölümü ilə əlaqədar qəzəblənib. Administrasiya tamamilə ədalətin qalib gəlməsinə sadiqdir”, - prezident qeyd edib. “Amma biz icazə verməyəcəyik ki, sülh etirazlarıni qəzəbli kütlə kəssin”, - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam