Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” - Komitə sədri

“Kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” - Komitə sədri
“Bu ilin əvvəlində ölkə başçısı ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar vermişdi”.
Yenixeber.org: Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir.

“Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla ünvanlı sosial yardım almaq üçün müraciət edə biləcəklər. Həmçinin, yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qaldırılmasına xidmət edəcək. Yeni təklifə görə daha çox ailələr ünvanlı sosial yardımdan faydalana biləcək. Müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam