Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.

Yenixeber.org: Bununla bağlı qurumlar arasında sorğu keçirib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sayta bildirib ki, qurumun altı əməkdaşı koronavirusa yoluxub.

Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:

“Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.

C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib ki, qurumda pandemiya dövrünün qaydalarına uyğun olaraq  müəyyən olunmuş sayda əməkdaş gündəlik işə gəlib-gedir:

“Digər işçilər evdən işləyir. Bu günə kimi Komitənin heç bir əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Bakı Nəqliyyat Agentliyindən deyilib ki, ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin olunması baxımından vacib olan məqamlardan biri də bu prosesdə iştirak edənlərin sağlamlığının qorunmasıdır:

“Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Həyata keçirilən əks-epidemik tədbirlər, eyni zamanda, COVID-19-un profilaktikasına dair qaydalara riayət olunması sayəsində bu günə qədər əməkdaşlar arasında yoluxma halı qeydə alınmayıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşları arasında koronavirusa yoluxma barədə məlumat yaymışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam