Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avstriya Almaniya ilə sərhədlərini açacaq-İyunun 15-də

 

Koronavirus pandemiyası ilə əlaqədar Avstriya və Almaniya arasında bağlanan sərhədlər iyunun 15-də tam şəkildə açılacaq.

Yenixeber.org: Bu barədə Avstriya Federal Kanslerinin Aparatı yayıb.

Bildirilib ki, artıq mayın 15-dən etibarən sərhəd nəzarəti yumşaldılacaq və xüsusi hallarda yoxlanışlar həyata keçiriləcək.

Bununla da Avstriya tərəfi Almaniyanın Kansleri Angela Merkel tərəfindən təklif olunan sərhədlərin ikimərhələli açılması prosesini təsdiqləyib. Bununla bağlı hər iki ölkənin kanslerləri və Daxili İşlər nazirləri arasında müvafiq telefon danışıqları olub.

Xatırladaq ki, Avstriya koronavirus pandemiyasının yayılmasını önləmək üçün mart ayının ortalarında bütün qonşu dövlətlərlə sərhəd nəzarəti tətbiq etməyə başlamışdı və sərhəd nəzarətinin müddəti hazırda mayın 31-dək qüvvədədir. Aprelin 14-dən etibarən məhdudiyyətləri qismən aradan qaldıran Avstriya hökuməti ilk növbədə koronavirus infeksiyasına qarşı müsbət irəliləyişlər əldə edən ölkələrlə sərhədləri açacağını elan etmişdi. Sıx iqtisadi əlaqələrə malik olduğuna və bu ölkədə müvafiq irəliləyişlər əldə edildiyinə görə, sərhədlərin açılacağı ilk ölkə də Almaniya olacaq.

Federal Kansler Sebastian Kurts bildirib ki, mərhələli şəkildə sərhədlərin açılması digər qonşu ölkələrlə, ilk növbədə İsveçrə və Lixtenşteynlə, daha sonra isə şərqdəki qonşularla baş tuta bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam