Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

XİN: "Bu məsuliyyətsiz davranış münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir"

 

Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş Nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “Qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edib.

Yenixeber.org: Leyla Abdullayeva bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir:

“Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “qələbə” nitqi ilə çıxış edən N.Paşinyan, yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış, münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.

Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-quo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.

Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam