Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

XİN Ermənistan Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsinə münasibət bildirib

 

 

 

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz".

Yenixeber.org: Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib. 

"Onu deyə bilərəm ki, görünür hər bir məsələ öz yerini tapır. Ermənistan Baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, deməli, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. “Qarabağ erməniliyi” fikrini səsləndirən Baş nazir söz oyununa son qoyaraq Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir. Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub. Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil. Xatırlatmaq istərdik ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla bütün digər ATƏT üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan fəaliyyətdə olan sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz", - deyə o qeyd edib.

L.Abdullayeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib: "Özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan Baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam