Ermənistanda koronavirusa yoluxanların sayı 2 148 nəfərə çatıb.

Yenixeber.org: Son sutka ərzində 82 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 33 nəfər koronavirusun qurbanı olub, 1 136 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.