“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
“Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir. HHQ-də aparılan genişmiqyaslı islahatlar Azərbaycan hərbi aviasiyasının hava məkanında, xüsusilə hava əməliyyatlarının keçirilməsi zamanı döyüş imkanları baxımından Ermənistandan üstün olmağa şərait yaradıb”.
Yenixeber.org: Bunu Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hazırda ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov bildirib.
Onun sözlərinə görə, Su-35 və MiQ-35 təyyarələrinin Azərbaycana tədarükü barədə aparılan danışıqlar çox güman ki, yaxın zamanda ölkəmizin HHQ-nin daha da gücləndirilməsinə imkan verəcək.
“Bunu daha aydın təsəvvür etmək üçün təyyarələrin uçuş-texniki xüsusiyyətləri və döyüş imkanlarına diqqət çəkmək istərdim. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı.
Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici Su-35 də 4500 km., MiQ-35 də isə 3500 km-dir.
Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılmışdır. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.
Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən Su-35 təyyarəsi “hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir".
Rövşən Həşimov qeyd edib ki, düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir.
"Su-35 təyyarələri “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31, X-35, X-59 raketləri və KAB-500KR, KAB-1500KR, MiQ-35 təyyarələri isə “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31 raketləri və KAB-500L, KAB-500KR bombaları ilə silahlana bilirlər. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir.
Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara Ordumuzun qoşun növləri və qismlərini havadan dəstəkləməklə yanaşı düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək”, - deyə R.Həşimov qeyd edib.