Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri

 
"Türkiyə Silahlı Qüvvələri, onun Hərbi Hava Qüvvələri çox güclü qoşun növüdür. Onlar döyüş qabiliyyətini, hazırlığını, gücünü İraqda, Suriyada terrorla mübarizədə göstəriblər. Yəni, Türkiyə Silahlı Qüvvələri öz gücünü dünyaya nümayiş etdirib".
Yenixeber.org:   Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real TV"yə müsahibəsində deyib. Nazir bildirib ki, döyüşlər vaxtı Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti böyük təcrübə toplayıb:

"Yeni döyüş üsullarından istifadə olunub, yeni silahlara qarşı mübarizə aparılıb, yeni silahlar tətbiq edilib. Onların bu yenilikləri, topladıqları təcrübələri Azərbaycan Ordusu və pilotları ilə bölüşmələri çox önəmlidir. Hərbi Hava Qüvvələrinin komandanı mənə məruz etdi ki, təlimlər vaxtı bu məsələlərə yüksək səviyyədə baxılıb və icra olunub".

General-polkovnik “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərini təhlil edərək hansı məsələlərin icra olunduğunu açıqlayıb:

"Birincisi, təcrübəli Türkiyə pilotları ölkəmizin Hava Hücumundan Müdafiə Qoşunlarına qarşı fəaliyyət göstərib. Bu, çox önəmlidir. Mənə məruzə olundu ki, bizim Hava Hücumundan Müdafiə Qoşunları çox yüksək peşəkarlıq nümayiş etdirib və Azərbaycan hava məkanını qoruya bilib. Təsəvvür edin ki, dünyanın ən təcrübəli pilotları hücum edir və bizim Hava Hücumundan Müdafiə Qoşunları bunu dəf edir. İkincisi, qərargahların fəaliyyətinin uzlaşmasıdır. Gələcək tədbirlərdə bu qərargahlar, qərargah zabitləri birgə planlaşdırma aparıb əməliyyatları həyata keçirə bilərlər. Üçüncüsü isə birgə uçuşlardır. Bizim pilotlarla Türkiyə pilotları qarşılıqlı əlaqədə birgə uçuşlar həyata keçirir, havada döyüşlər təşkil edir. Və digər məsələlər də var. hansılar ki, sirrdir. Bu təlimləri və onun nəticələrini yüksək qiymətləndirirəm. Təlimlər Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xidmət edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam