Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı açıqlama verib.

Yenixeber.org: O,Türkiyənin NTV telekanalının suallarını cavablandırıb.  

Müxbirin “dünya virusdan nə vaxt xilas olacaq” sualına cavabında ÜST sözçüsü deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman pereparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf ki, bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.

ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vakin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Bu iş nə zaman bitəcək deyəndə nəyi nəzərdə tutursuz? COVID-19-un tamamilə məhv olmasını, yoxsa virusa qarşı mübarizə metodunu öyrənirib inkişaf etdirməyimizi?”. 

“Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabını verə bilmək istəyirik. Hətta, evində oturub, sualları cavablandıran mən də...”, - deyə Kristian Lindmeir vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam