Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ekspertlər:“Hərbi çağırış müddətinin uzadılması orduda problem yaratmayacaq”

Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenixeber.org: Dəyişikliyə əsasən, Azərbaycanda hərbi çağırış müddəti mayın 31-dək uzadılıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas açıqlamasında bunu yüksək qiymətləndirdiyini deyib.

O, hazırki vaxtda belə bir addımın atılmasının vacib olduğunu qeyd edib:

 

Aqil Abbas

Deputat Aqil Abbas:

"Qapalı məkanda olan və kənar mühitlə təmasın demək olar ki, minimum olduğu bir yerə yeni gedən çağırışçının koronavirus yayması ehtimalı böyükdür".

 

“Düşünürəm ki, belə bir qanun layihəsinin qəbul olunması zəruri idi. Bir bilmirik, çağırışçı virus daşıyıcısıdır, ya yox. Qapalı məkanda olan və kənar mühitlə təmasın demək olar ki, minimum olduğu bir yerə yeni gedən çağırışçının koronavirus yayması ehtimalı böyükdür. Ona görə də bu qərarı düzgün hesab edirəm”.

Hərbi ekspert Ədalət Verdiyev isə indiki vəziyyətdə atıla biləcək başqa bir alternativ addımın olmadığını deyib. O bildirib ki, müharibə vəziyyətində olsaq da, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olmayacaq:

 

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev:

"Düşünürəm ki, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olacaq addım deyil”. 

 

“Məsələyə yalnız milli təhlükəsizlik konteksindən baxılmalıdır və tam vaxtında doğru atılmış addımdır.

Eyni zamanda bu məsələyə birtərəfli yanaşmaq olmaz. Əgər çağırışla əlaqədar müddət ləngidilirsə, ordudan tərxis olunma da ləngidilməlidir. Belə olan halda şəxsi heyət çatışmazlığı ilə qarşılaşmayacağıq. Digər tərəfdən də, indiki vəziyyətdə atıla biləcək başqa bir alternativ addım da yoxdur. Müharibə vəziyyətindəyik, lakin risk etməyə də dəyməz. Düşünürəm ki, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olacaq addım deyil”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam