Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ali məktəb diplomlarının verilməsi prosesi elektronlaşdırılır

 

Azərbaycanda ali məktəb diplomlarının verilmə prosesinin avtomatlaşdırılması, bununla da diplomların daha sürətli şəkildə yerlərə çatdırılması və məzunlara verilmə prosesi üzərində iş gedir.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov deyib. “2012 və 2013-cü illərin məzunlarının diplomları haqqında məlumatlar elektron hökumət portalında yerləşdirilib. Bura həm bakalavr, həm magistr, həm də orta ixtisas təhsilli tələbələrin məlumatları daxildir. Daha dəqiq desək, 2012-ci il buraxılış ilində ali təhsil ixtisasları üzrə 33 min 891 ədəd, orta ixtisas üzrə isə 15 min 217 ədəd, 2013-cü ildə ali ixtisas üzrə 35 min 108 ədəd, orta ixtisas üzrə 11 min 753 ədəd diplom haqda məlumatlar elektron hökumət portalında yer alıb”, - deyə İ.Sadıqov bildirib.

Qeyd edək ki, hazırda əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla diplomların vahid elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar elektron formada veriləcək. Diplomlar məlumat bazasının yaradılması saxta yolla diplomların verilməsi prosesinin qarşısını almağa imkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam