Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya-BURAXILMAYACAQ

19 mart saat 00:00-dan etibarən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

 

Yenixeber.org: Bəs, bu məqamda hər hansı çəkiliş, reportaj, yaxud iş üçün rayona getmək məcburiyyətində qalan ixtisas sahibləri-jurnalistlər, həkimlər, hərbçilərə güzəşt nəzərdə tutulubmu?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən açıqlanan məlumatda bu məqam öz əksini tapmayıb:

 

“Ona görə də rayon qeydiyyatında olan qeyd etdiyiniz kateqoriyadan olan şəxslərin şəhərdən çıxdıqdan sonra martın 29-na kimi Bakı, Sumqayıt və Abşerona girişinə icazə yoxdur”.

 

K.Əliyev hər kəsi sağlamlığımız naminə qoyulan qadağalara riayət etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam