Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıya gələn 470 maşın geri qaytarıldı – Qeydiyyatda olmayanlar paytaxta gəlməsin

“Dünən gecə saat 12-dən sonra təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb”.

 

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib.

 

K.Əliyevin sözlərinə görə, hazırda vətəndaşalar Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qadağasına riayət edir:

 

“Gecə saat 12-dən sonra yolda hansısa səbəbdən ləngiyən, hava şəraitinə görə gecikən sürücülər israrla daxil olmaq istəsələr də, Bakı qeydiyyatı olmayan şəxslər Bakı, Sumqayıt, Abşeron ərazisinə buraxılmadı.

 

Bir sözlə şəhər qeydiyyatı olmayan bir nəfərə də güzəşt edilmədi. Bir daha qeyd edirəm ki, məhdudiyyət martın 29-na kimi davam edəcək. Ona görə də heç kəs qadağanı pozmağa cəhd göstərməsin. Çünki bununla bağlı ciddi intizam tənbehi tədbiri də görüləcək”.

 

Polis polkovniki qeyd edib ki, qadağa martın 29-na kimi davam edəcək:

 

“Söhbət Bakıya girişdən gedir. Şəhərdən çıxışda heç bir məhdudiyyət yoxdur. Amma məsələ burasındadır ki, avobus və dəmir yolu sahəsində fəaliyyət dayandırılıb.

 

Qadağaya görə, şəhəri tərk edən və qeydiyyatda olmayan şəxslər yalnız martın 29-dan sonra şəhərə daxil ola bilərlər. Əhalidən bir daha xahiş edirik ki, tətbiq edilən qadağalara ciddi riayət etsinlər, Bakı, Sumqayıt və Abşerona qeydiyyatı olmayan şəxslərin sərnişin qismində belə gəlməsinə cəhd göstərməsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam