Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Rayon qadağası"-a məhəl qoyulmur?

 

 

Sentyabrın 15-dən başlayaraq Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta girişi qadağan edilib. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, rayon qeydiyyatında olan maşınlar may ayının 1-dən oktyabr ayının 1-nə qədər olan müddətdə səhər saat 07:00-dan axşam saat 22:00-a qədər paytaxta buraxılmayacaqlar. 

"Xeberinfo.com":  Oktyabrın 1-dən may ayının 1-nə qədər olan müddətdə isə səhər saat 07:00-dan axşam 21:00-a qədər onların girişinə məhdudiyyət qoyulacaq. Rayon maşınları yalnız gecə saat 21:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola biləcəklər.

Amma bu məhdudiyyətin tətbiq olunmasına baxmayaraq, rayon qeydiyyatında olan maşınlara Bakıda rast gəlmək mümkündür. Xüsusən də qadağan olunmuç vaxtlarda Sumqayıtdan Bakıya gələn maşınlar asanlıqla Bakıya daxil ola bilirlər. Hansı ki, qeyd etdiyimiz avtomobillər rayon qeydiyyatındadırlar, onların Bakıya girişi qanunla müəyyən edilmiş qaydada qadağan edilib. 



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələyə aydınlıq gətirib. DYP rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, həmin ərazilərdə yol polisinin naryadları xidmət aparır və onlar tətbiq olunmuş məhdudiyyətə əməl olunması üçün müvafiq tədbirlər görürlər. 

DYP rəsmisinin sözlərinə görə, buna əməl etməyənlər polisin qanuni əmrinə tabe olmadığı üçün məsuliyyətə cəlb olunur.

K.Əliyev qeyd edib ki, rayon avtomobillərinin paytaxta girişinə qadağa tətbiq olunması fikri doğru deyil:
“Rayon qeydiyyatı olan avtomobillər `Bakı şəhərində hərəkət etməli deyillər` kimi fikirlər doğru deyil. Burada rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin müəyyən olunmuş zaman ərzində paytaxta girişinə tətbiq olunan məhdudiyyətlərdən söhbət gedir. 

Qeyd olunan saatlarda onların paytaxta girişinə məhdudiyyətlər tətbiq olunur. Bu rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa demək deyil. Bu baxımdan paytaxta rayon qeydiyyatında olan avtomobillərin hərəkətinə rast gəlmək mümkündür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam