Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan vətəndaşları - Azərbaycanda müvəqqəti qeydiyyat müddətlərini uzada bilərlər

Azərbaycanda olan Gürcüstan vətəndaşlarının ölkə ərazisində müvəqqəti qeydiyyat müddətini uzatmaq imkanları var.

Yenixeber.org: Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan ərazisində 15 gündən çox (maksimum 90 gün) qalmaq istəyən xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs müvəqqəti ünvanda qeydiyyatdan keçməlidir. Müddəti pozduqda 300 manatdan 400 manata qədər cərimə tətbiq edilir.

Dünyadakı mövcud vəziyyəti və koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirləri nəzərə alaraq, müvəqqəti qeydiyyat vaxtını uzatmaq istəyən vətəndaşlar, elektron qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Bunun üçün müraciət edən şəxslər Xidmətin www.migration.gov.az rəsmi internet saytında bölmələri bu ardıcıllıqda - Dövlət xidmətləri - Elektron xidmətlər - Müvəqqəti qeydiyyat müddətinin uzadılması - seçməlidirlər. Anketi doldurarkən bu bənd qeyd edilməlidir - 11.6 Məcburi dayanma halı (ölkəni öz iradəsindən aslı olmayan səbəblərdən tərk edə bilmədi).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam