Türkiyədə hərbi məktəblər BAĞLANDI-KORONAVİRUSA GÖRƏ
Türkiyədə hərbi məktəblər 13 aprel tarixinə qədər bağlanıb.
Yenixeber.org: "CNN Türk" xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib. O bildirib ki, bu addım koronavirusa qarşı görülən tədbirlər çərçivəsində atılıb:"Bu, daxili və beynəlxalq əməliyyatlara, sərhədlərin təhlükəsizliyinə və Türkiyə Silahlı Qüvvələrinin digər fəaliyyətlərinə mənfi təsir göstərməyəcək şəkildə tətbiq ediləcək".