Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür.
Yenixeber.org: Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır:
“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək".