Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 12-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Yenixeber.org: Təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 124 ölkə/ərazi üzrə 126 380 nəfərdir. Son yoluxma sayı 191 nəfərdir. Onların içərisində 18-i yeni olmaqla 4634 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 68 313 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək