Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Rusiyanı öhdəliklərini unutmamağa çağırıb

Rusiya və Türkiyənin silahlı qüvvələri bir-birini qarşılıqlı olaraq, Suriya üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Yenixeber.org: Əvvəlcə belə bəyanatla Rusiya Müdafiə Nazirliyi (MN), sonra isə eyni bəyanatla Türkiyənin müdafiə naziri Hülusi Akar çıxış edib. Akar Rusiya tərəfə Soçi və Astana razılaşmalarını xatırladıb.

Türkiyəli generalın sözlərinə görə, Rusiya Suriya üzrə tənzimləmələrin qarantı olan dövlətlərin sırasına daxildir və Ankara ondan Suriya rejiminə təsir rıçaqlarını işə salmağı gözləyir.

Nazir Rusiyanı hücumları dayandırmağa və Suriya hökumət qüvvələrinin məlum zonadan çıxarılmasına nail olmağa çağırıb.

Türkiyə İdlibdəki təhlükəsizlik zonasında «Bahar qalxanı» əməliyyatı həyata keçirir və hücum edən Bəşər Əsəd rediminin silahlılarını neytrallaşdırır.

Əsəd ordusuna Rusiya kömək edir və bəyan edir ki, Dəməşq sözügedən əyalətdə Suriyanın digər bölələrindən qovulmuş terrorçulara hücum edir.

Əsədin özü bu günlərdə aprelin 13-nə parlament seçkiləri təyin edib və bildirib ki, heç bir gərginlik seçkilərin keçirilməsinə mane ola bilməz. O, Türkiyə ilə fikir ayrılığını «qeyri-məntiqi» adlandırıb və qeyd edib ki, Dəməşq Ankaraya qarşı düşmənçilik fəaliyyətində olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam