Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İranla sərhədimizə nəzarət gücləndirildi-AÇIQLAMA

 

Son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronavirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.

Yenixeber.org: Bu barədə Gömrük Komitəsindən bildirilib.

Belə ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.

Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam