Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tarix İnstitutunda biabırçı səhv

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında ( http://tarix.gov.az/konflikt.php) Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb. 

 

"Xeberinfo.com":    AzNews.Az-a istinadən xəbərə görə, Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə - “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.

Cədvəldə Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyun ayının 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 07.07.1993, Ağdam isə ondan bir neçə gün sonra 23.07.1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

Xatırladaq ki, bir müddət öncə qurumun saytında işğal olunmuş rayonlarla bağlı heç bir məlumatın olmaması barədə aznews.az-da məlumat yayılmışdı. Həmin vaxt qurumdan cavab verilmişdi ki, sayt üzərində iş gedir, iş bitdikdən sonra sözügedən materiallar sayta yerləşdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam