Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzərdə balıqçı gəmisi batıb, 4 nəfər xilas edilib -FOTOLAR

 
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.
Yenixeber.org:  DSX-dan saytımıza verilən məlumata görə, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edil­məsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxın­lıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.



Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata ke­çirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan su­yun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xi­las edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.



Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam