Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ƏRDOĞANDAN XƏBƏRDARLIQ: “Hücumları dayandırmasa, Həftərin dərsini verəcəyik”

“Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Liviya Osmanlı imperiyasının əhəmiyyətli hissəsi olub və Türkiyənin Liviya ilə dərin tarixi bağları mövcuddur: “Heç kim ölkəmizdən yardım istəyən liviyalı qardaşlarımıza arxa çevirməyimizi gözləməsin. Liviyada Həftərə tabe olmayan qardaşlarımız var. Həftər Liviyadakı türkləri də etnik təmizləməyə məruz qoymaq niyyətindədir. Çətin anlarında onların yanında olmağımız lazımdır. Orada türk varlığından xəbərsiz olanları gördükcə, millətimiz adına kədərlənirəm. “Liviyada nə işiniz var?” deyənlər siyasət və tarix cahilləridir”.

Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Həftərin Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına da münasibət bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, dünən Moskvada keçirilən danışıqlarda Liviya Milli Razılıq Hökuməti konstruktiv mövqe nümayiş etdirib: “Buna baxmayaraq, Həftər atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə “hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Həftər danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi”.

Ərdoğan bazar günü Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı sammitə qatılacağını da vurğulayıb: “Bu sammitə başda ABŞ olmaqda, digər ölkələrdən də nümayəndələr qatılacaq. Biz Tunis və Qatarın da sammitə qatılmasının zəruriliyini aidiyyəti üzrə çatdırsaq da istədiyimiz nəticəni əldə edə bilmədik. Hücumları dayandırmasa, Həftərə lazımi dərsi verməkdən geri çəkilməyəcəyik”.

Türkiyənin məqsədinin regionda yaşayan insanların haqlarını qorumaq olduğunu bildirən Ərdoğan qeyd edib ki, Suriya məsələsində ABŞ və Rusiya ilə əldə edilən razılaşmalara tam əməl olunmur


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam