Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Nərminin ölümünə görə -generallar Tovuza ezam olundu

Nərminin ölümünə görə generallar Tovuza ezam olundu

“Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun  nəzarətindədir”.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.

O, qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meytinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər:

“Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcov Əməliyyat istintaq qrupunun rəhbəri kimi həmin gündən rayona ezam olunublar. Onlar əməliyyat-istintaq tədbirlərinə nəzarət edirlər”.

Tovuzda qətlə yetirilərək yandırılan Nərmin Quliyevanın atası Şərif Quliyev isə Modern.az-a cinayətkarın yaxud cinayətkarların tez bir zamanda müəyyən ediləcəyinə inandığını bildirib:

“Hazırda hüquq-mühafizə orqanları, Baş Prokuorluğun, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri kənddədirlər və araşdırma aparırlar”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam