Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Nədir, jurnalistlər dalımca xaricə gələcəklər?” —Ombudsman yenə jurnalistlərə QƏZƏBLƏNDİ

 

 

Ötən həftə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın məzuniyyətə çıxması və səhhəti ilə əlaqədar xaricə getməsi ilə bağlı məlumat yayılmışdı.


Yenixeber.org: Yayılan həmin məlumatla bağlı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova zəng etmişik. Ombudsman saytımıza özəl açıqlamasında jurnalistləri qınayıb və bu barədə sərt açıqlama verib.


“Neçə illərdir ki, işləyirəm. Ola bilməz ki, məndə məzuniyyətə çıxım? Hamıdan qabaq işə gələnəm, hamıdan sonra da gedənəm. Maşallah olsun, yüksək səviyyədə də illik məruzəmiz keçdi. Mən başa düşə bilmirəm nə narahatçılıq var. Bəli məzuniyyətdəyəm. Tutalım ki, mən xaricə getmişəm. Nədir jurnalistlər dalımca xaricə gələcəklər? Xaricdəyəm, ancaq hansı ölkədəyəm deməyəcəm. Səhətimdə isə heç bir problem yoxdur, yaxşıyam.”


Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.(bizimyol.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam